Türk Dünyası Sənətçilər və Araşdırmalar Fondu hər il türk dünyasının tanınmış insanlarına mükafatlar təqdim edir. Bu fond Türkiyənin eks-prezidenti Süleyman Dəmirəlin təşəbbüsü ilə yaradılıb.
Modern.az xəbər verir ki, dünən Yazıçılar Birliyinin 80 illik qurultayında fondun təşəbbüsü ilə bir neçə nəfərə mükafat təqdim olunub. Mükafat alan şəxslər sırasında azərbaycanlı millət vəkili Məlahət İbrahimqızı da var.Millət vəkili aldığı mükafatla bağlı təssüratlarını Modern.az saytı ilə bölüşüb: “Belə bir mükafat almağım mənim üçün qürurvericidir. Çünki illər öncə belə mükafatlar ulu öndər Heydər Əliyevə, Süleyman Dəmirələ və bir çox tanınmış simalara təqdim olunub. Bu mükafat mənə 2013-cü ildə türk dünyası ilə bağlı görülən işlərin nəticəsi olaraq verilib. Mənimlə birgə daha 3 nəfərə də mükafat verildi”.