Modern.az

Hürmək istəmirsənsə quduz itdən qorun! - Respublika Taun Əleyhinə Stansiyadan AÇIQLAMA

Hürmək istəmirsənsə quduz itdən qorun! - Respublika Taun Əleyhinə Stansiyadan AÇIQLAMA

Təhsil

19 İyun 2014, 12:13

“Quduzluq xəstəliyi xəstə heyvanlardan insanlara cırmaqlama, dişləmə, ağız suyu vasitəsilə keçən xüsusi təhlükəli yoluxucu xəstəlikdir”. Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji Tədqiqatlar şöbəsinin müdiri Rita İsmayılova Modern.az-a açıqlamasında belə deyib.

“Həmin heyvanlarla təmas zamanı insan quduzluğa yoluxur. Bu xəstəliyin əsas simptomları dişləmə yerində ağrı, yüksək hərarət, havadan, sudan, işıqdan qorxma hallarıdır. Xəstəliyin müalicəsi yoxdur. Əgər insan quduzluğa yoluxarsa, bu 100% ölümlə nəticələnir”.

R. İsmayılovanın sözlərinə görə, hazırda Azərbaycanda quduzluqla xəstələnmə halı yoxdur. “Yalnız heyvan tərəfindən dişləmə halları olur. Ümumiyyətlə, ölkədə bu xəstəliyə yoluxma çox aşağı göstəriciyə malikdir”.

Həkimin verdiyi izaha əsasən, xəstəlik insanda 3 fazada baş verir. “İlkin olaraq depressiya fazasıdır ki, bu zaman insan özünə qapanır. İkinci fazada insan hər şeyə həssas olur, havadan, sudan, işıqdan qorxur, onda nevroloji əlamətlər özünü göstərir. Üçüncü faza isə paraletik fazadır ki, burada artıq ölüm baş verir. Ölüm isə ürək-damar sisteminin iflicindən yaranır. Nevroloji simptomlar nəticəsində insanda heyvan kimi hürmə, ulama hallarına da rast gəlinir ki, bu da artıq qeyd etdiyimiz kimi üçüncü fazada özünü göstərir”.

Qeyd edək ki, 2013-cü ildə 15396 nəfəri heyvan dişləyib. Ötən il 13198  nəfər it, 1235 nəfər pişik, 626 nəfər siçovulların hücumuna məruz qalıb. Dişləmələrin 337-si isə tülkü, canavar, çaqqal, eləcə də ev heyvanları at, inək və digər heyvanlar tərəfindən baş verib. Ən çox heyvan dişləmələri və quduzluq şimal bölgəsində müşahidə olunub. 2012-ci ildə heyvan dişləmələrindən dörd ölüm hadisəsi baş verib. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu