Modern.az

Neft mədənində baş vermiş partlayışa görə cinayət işi açıldı

Neft mədənində baş vermiş partlayışa görə cinayət işi açıldı

Təhsil

19 İyun 2014, 12:29

İyunun 18-də saat 12 radələrində H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında Xəzər rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən məhkəmə-tibb və  Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu