Şimali İraqın Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşma ilə bağlı açıqlama verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, M. Bərzani bununla bağlı yazılı bəyanat yayıb.
O, İraqda yaşayan bütün kürdləri İŞİD-lə mübarizəyə səsləyib. Onun sözlərinə İŞİD-in təhlükəli həddə çatmasında İraq hakimiyyəti də məsuliyyət daşıyır.
Modern.az