Modern.az

Bu xəstəliklərin əlamətləri üzünüzdə gizlənir

Bu xəstəliklərin əlamətləri üzünüzdə gizlənir

Təhsil

19 İyun 2014, 22:35


Həkimlər, xəstələri müayinə edərkən sadəcə xəstəlikləri barədə danışmazlar. Eyni zamanda müxtəlif xəstəlikərin əlamətlərini daşıyan üzlərə də diqqətlə nəzər salarlar. Modern.az xəbər verir ki, mütəxəssislərin fikrincə, üzünüzdə olan bir çox özəlliklər bəzi xəstəliklərdən ipucları verə bilirlər.

Qurumuş, çatlamış üz və dodaqlar - bu, ən çox susuzluğun əlaməti olaraq bilinir. Lakin bundan başqa daha ciddi bir problemə, hipotiroidə və ya şəkər xəstəliynə də işarə verə bilər.

Üzdə həddindən çox tük olması - üst dodaq, çənə və alt çənə nahiyəsində görünən tüklər, polikistik over sindiromunun (yumurtalıqda kistanın olması) əlaməti ola bilər.

Göz qapağında sarı, yumşaq ləkə və nöqtələr - göz qapağında xolesterol dolu lezyonlar olanlarda ürək xəstəliyi riski daha yüksəkdir. 2011-ci ildə 13 min xəstə üzərində araşdırma aparılıb. Məlum olub ki, son 10 ya da 20 il içərisində müayinə edilən xəstələrin yüzdə dördündə bu nüanslar aşkarlanıb. Bu tip xəstələrin təxminən yüzdə yetmişində damar sərtləşməsi, yüzdə əllisində infarkt olma riski yüksəkdir.

Gözaltı torba və şişliklər - yorğun görünən gözlər qan damarlarını genişlədən və onların sızmasına səbəb olan xroniki allergiyalar üçün təhlükə işarəsidir. Bu problem, gözlərin altındakı həssas dəridə şişlik və qaralma ilə özünü biruzə verir.

Üzdəki asimmetriya - bu, iflicin əlaməti ola bilər. İflic anında danışıq zamanı çətinlik yaranır. Bundan əlavə, gülərkən də çətinlik çəkirsinizsə, mütləq həkimə müraciət etməlisiniz.

Solğun bəniz - önəmsəmədiyiniz dəyişikliklər bir şeylərin yanlış getdiyini göstərə bilir. Dəridəki solğunluq, qansızlığın göstəricisi ola bilər. Dərinizdəki sarılıq isə qaraciyər xəstəliyinə işarə verə bilər. Dodaqlardakı və dırnaq diblərindəki mavi rəng isə ürək və ağciyər xəstəliyinin əlaməti ola bilər.

Qızartı və şişliklər - həzm sisteminizdəki problemləri də bədəninizdən öyrənmək olar. Qaşıntılı qırmızı şişliklər “çölyak” xəstəliyinə işarədir. Almacıq sümüyü ilə burun sümüyünüz üzərindəki kəpənək şəklindəki qızartılar isə Lupus (dəri vərəmi) xəstəliyinə işarə edə bilər.

Ayşən Mönsümlü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu