"Vladimir Putinin bizim ölkəyə tank yeridəcəyi ilə bağlı iddialar sadəcə gülməlidir”. Modern.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, heç bir vaxt hansısa ölkə onun rəhbərlik etdiyi ölkəyə tankla girə bilməz. A. Lukaşenko qeyd edib ki, Belarusu heç bir ölkə yürütdüyü siyasətdən döndərə bilməz.
Belarus lideri onu da etiraf edib ki, rəhbərlik etdiyi dövləti yalnız iqtisadi böhran çökdürə bilər. “Heç kim bizim ölkədə çevriliş edə bilməz, lakin Belarusun sabitliyini yalnız iqtisadi böhran poza bilər. Bunun baş verməməsi üçün keyfiyyətli və normal qiymətdə məhsul istehsal etmək lazımdır”,-deyə A. Lukaşenko bildirib.Aqşin Kərimov