Modern.az xəbər verir ki, parlamentinin iyunun 20-də keçirilən iclasında “Çağ Öyrətim” məktəblərinin və “Araz kursları”nın bağlanması məsələsi qaldırılıb.
Deputat Fazil Mustafa bununla bağlı qeyd edib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: “Bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinə deyiləm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz ana dilindən “3” alıb. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa qəbulu dayandırırlar. Orada təhsil alanlar təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Ölkədə rus məktəbi, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.
Gültəkin ƏLƏSGƏR