Modern.az

Spiker Zahid Oruca: “Sən danışmasan, gecə yata bilmərsən”

Spiker Zahid Oruca: “Sən danışmasan, gecə yata bilmərsən”

Təhsil

20 İyun 2014, 12:55


Modern.az
-ın məlumatına görə,  parlamentin iyunun 20-də keçirilən iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb. Spiker Oqtay Əsədovun cari məsələlərinin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib. Bu zaman spiker deputata “sən danışmasan, gecə yata bilmərsən” deyərək Zahid Oruca mikrofon verib.

Zahid Oruc isə “Çağ Öyrətim” məktəblərinin bağlanmasından danışıb.

“Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssislərinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qəbul edilibsə yəqin geniş izahı veriləcək”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu