Modern.az

Ziyafət Əsgərov: “Beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir”

Ziyafət Əsgərov: “Beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir”

Təhsil

20 İyun 2014, 13:03


Modern.az
xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov NATO-nun Rouz-Rout seminarından çıxardığı nəticəni parlamentdə açıqlayıb.

Vitse-spiker bildirib ki, seminarda Azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub:
“Fikrimcə, buna müəyyən qədər nail ola bildik”. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub və Z.Əsgərovun sözlərinə görə, bu məsələ də geniş şəkildə müzakirə olub:

“Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüququ bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özlərini məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb”.

Z. Əsgərov bildirib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: “Deməli, bu reallıqla nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.

 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu