Modern.az

Milli Məclis kəşfiyyat və əks-kəşfiyyat haqda qanunlara dəyişiklik edib

Milli Məclis kəşfiyyat və əks-kəşfiyyat haqda qanunlara dəyişiklik edib

Təhsil

20 İyun 2014, 13:40

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilib.

Modern.az xəbər verir ki, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" “Qanuna uyğunlaşdırmaqdır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinə edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Qanuna uyğun olaraq keçiriləcək. Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.

Eyni zamanda “Dövlət sirri haqqında” Qanuna da aşağıdakı kimi dəyişiklik edilib. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.

Qanun layihəsinə dəyişikliklər müzakirə olunduqdan sonra qəbul olunub.

 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu