Modern.az

Siyavuş Novruzov:”İŞİD-in bu hərəkəti həm də Azərbaycana qarşıdır”

Siyavuş Novruzov:”İŞİD-in bu hərəkəti həm də Azərbaycana qarşıdır”

Təhsil

20 İyun 2014, 16:25

“Milli Məclis Türkiyə diplomatlarının İraqda İŞİD silahlıları tərəfindən girov götürülməsinə münasibət bildirməlidir”. Modern.az xəbər verir ki, bu tələblər Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. O, bildirib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir və əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli, bu hərəkət Azərbaycana da qarşı edilir.

Deputatın sözlərinə görə, bu məsələyə hər hansı formada dəstək göstərilməlidir. S.Novruzov qeyd edib ki, seminarda müzakirə olunan məsələlərlə bağlı Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: “Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək, Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq. Müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişiklikləri müxtəlif beynəlxalq təşkilatlara tamam başqa bir formada çatdırırlar ki, guya QHT-lər hüquq-mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər. Həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməsi barədə ictimaiyyətə məlumat versin. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”.

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu