Milli Məclis üzvü Məlahət İbrahimqızı QHT-lərlə bağlı qeydiyyat sisteminin ASAN-laşdırılmasını təklif edib.
Modern.az xəbər verir ki, bu gün Milli Məclisin iclasında deputat bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı baxımından bu xidmətin “ASAN Xidmət” mərkəzləri tərəfindən göstərilməsi daha məqsədəuyğun olardı. M.Həsənova bu yaxınlarda QHT-lər üçün elektron pəncərə yaradılmasına dair prezident fərmanı verildiyini xatırladıb: “Onsuz da QHT-lərin artıq elektron sistem tətbiq olunur. Bu baxımdan, QHT-lərin qeydiyyata alınmasını da ASAN yerinə yetirə bilər. Hətta QHT-lər üçün reyestrdən çıxarış verilməsini də bu mərkəzdə reallaşdırıla bilər. Bu, QHT nümayəndələrinə xeyli vaxta qənaət etməyə imkan yaradardı”.
Millət vəkili "ASAN Xidmət" mərkəzlərinin qısa müddətdə əhali arasında böyük populyarlıq qazandğını söyləyib.
Onun sözlərinə görə, əvvəllər insanların çox əziyyət çəkdikləri məsələlər indi bu mərkəzlərin köməyilə sözün əsl mənasından asanlaşıb: Mənzillər üçün qeydiyyatşəhadətnaməsi, kupçalarına alınması çox çətin idi. Heç kimin ağlına gəlməzdi ki, bu proses bu cür sadə və rahat ola bilər. Həmçinin, Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının da oturum izni alması çox asanlaşıb.
İnanıram ki, QHT-lərlə bağlı məsələnin də ASAN-a verilməsi bu qurumların işini xeyli rahatlaşdıracaq”.
Modrn.az