Tanınan şair Vahid Əziz mediada barəsində yazılan şok vəsiyyət xəbərinə görə çox hiddətlənib. Qeyd edək ki, bir neçə saytda şairin özünə yaxın olan jurnalistə mərhum bəstəkar Şəfiqə Axundova ilə olan şəklini yollamaqla dünyadan köçdükdən sonra ölüm xəbərinin bu şəkillə yayılmasını xahiş etməsi yazılıb.
Modern. az-a verdiyi açıqlamada şair bu faktı qəti surətdə təkzib edib. Yazılan informasiyanı hiddətlə qarşılayan şair məsələyə bu cür aydınlıq gətirib:
"Bir cavan qız idi, zəng elədi ki, Şəfiqə Axundovanın evində olub, onun barəsində kitab yazır. Mən də Şəfiqə Axundova ilə şəkil çəkdirmişəm, yaxşı da bir şəkildi. Amma vallah, heç bilmədim yolladım ya yox. Əlbəttə elə bir şey olmayıb, nə vəsiyyət! Bu nə deməkdir?! Məndən sadəcə şəkil istəyiblər. Bununla nə demək istəyirlər?!
Elmin Nuri