Modern.az

İraq-türkmən nümayəndələri “Gənclər Ev”-ində - FOTO

İraq-türkmən nümayəndələri “Gənclər Ev”-ində - FOTO

Təhsil

20 İyun 2014, 17:19

“Gənclər Ev”-ində Dünya Türk Gəncləri Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı ictimai birliklərinin təşkilatçılığı ilə Türk Dünyası Gənc Jurnalistlər Birliyinin 10-cu Quruluş İldönümünə həsr olunan İraq-türkmən nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Modern.az xəbər verir ki, toplantının açılış nitqini DTGB Baş əlaqələndiricisi, Gənclər Evinin direktoru Elşad Abdullayev edib. O,  tədbirin əhəmiyyəti, həmçinin qeyd olunan təşkilatın fəaliyyəti haqqında məlumat verərək, Türk Dünyası Gənc İletişimcilər Birliyinin qurucu sədri Şəmsəddin Küzəciyə Türk Dünyası Mediasına xidmətlərindən dolayı təşəkkür edib.

Çıxış üçün söz alan Şəmsəddin Küzəci yığıncaq iştirakçılarını və qonaqları salamladı və Türk Dünyası Gənc Jurnalistlər Birliyinin fəaliyyətindən, həyata keçiriləcək olan işlərdən bəhs edib.

Daha sonra Azərbayacan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovaya söz verilib. O da öz növbəsində mərasimdə iştirak etdiyindən böyük məmnunluq hissi keçirdiyini qeyd edib və gənclərimizə işlərində uğurlar diləyib. Çıxışını isə gözəl bir musiqili ifa ilə tamamlayıb

Tədbirdə həmçinin AZTV-nin “Turan” verilişinin müəllifi və aparıcısı Zərnişan Azayeva, İslahatçı Gənclər İctimai Birliyin sədri Fərid Şahbazlı çıxış edərək öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonra Dünya Türk Gənclər Birliyininin, Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı ictimai birliyinin və “Gənclər Evi”-nin aktiv üzvləri və qonaqların bir çoxu dəstəklərinə görə fəxri fərman ilə mükafatlandırıldılar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlarla birlikdə tort kəsilib və xatirə fotoları çəkilib.


 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu