Modern.az

CHP-də İhsanoğlu qalmaqalı istefalara səbəb oldu

CHP-də İhsanoğlu qalmaqalı istefalara səbəb oldu

Təhsil

20 İyun 2014, 22:39

 

Türkiyədə  Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunu müxalifətin vahid namizəd kimi təklif etməsi suları bulandırıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident seçkisində E. İhsanoğlunun müxalifətin vahid namizədi olacağını CHP daxilində həzm edə bilməyənlər partiyadan istefa veriblər.

CHP-nin Zonguldak vilayətinin Gökçebey başqanı Vural Cebecioğlu E. İhsanoğlunun vahid namizədliyinə etiraz əlaməti olaraq istefa verib. Onunla birlikdə idarə heyətinin yeddi üzvü də partiya sıralarından istefa verdiyini bəyan edib. V. Cebecioğlu istefasının səbəblərini barədə bunları deyib:   “CHP demokratik və laiklik xətti yürüdən bir partiyadır. Bu gün isə bizə islamçı biri namizəd kimi təklif edilir. Mənim belə bir insana xalqda dəstək istəməyim normal deyil. Prezident seçkisi prosesində iştirak etməyəcəyim üçün vəzifəmdən istefa verirəm”.  

Qeyd edək ki, bir müddət öncə CHP daxilində E. İhsanoğlunu dəstəkləməyənlər iclas keçirmişdi. Toplantıda CHP-nin keçmiş başqanı Dəniz Baykal da iştirak etmişdi. D. Baykal da E. İhsanoğlunun namizədliyindən narahatlığını dilə gətirmişdi. 

A. Kərimov 

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu