Modern.az

Putin İŞİD-ə qarşı dövriyyəyə GİRDİ: “Terrorçuları məhv etməyə dəstək verəcəyik”

Putin İŞİD-ə qarşı dövriyyəyə GİRDİ: “Terrorçuları məhv etməyə dəstək verəcəyik”

Təhsil

20 İyun 2014, 23:22

Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Nuri Əl-Maliki arasında telefon danışığı olub. Modern.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, telefon danışığında İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın təhlükələri barədə söz açılıb.

İraqın baş naziri ölkəsində yaranmış böhranla əlaqədar Rusiya dövlət başçısı V. Putinə məlumat verib. İraq hökumət başçısı bildirib ki, Suriya ərazisində fəaliyyətə başlayan ekstremistlərin hərəkətləri transsərhəd xarakteri alıb və bu region üçün təhdiddir.

Kreml rəhbəri V. Putin də öz növbəsində terrorçuların zərərsizləşdirilməsi istiqamətində Rusiyanın İraqa hər cür dəstək verə biləcəyini qeyd edib.  

A. Kərimov


Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu