ABŞ Ukraynanın cənub-şərqində Kiyev hakimiyyətinin əməliyyatları dayandırmaq barədə qərarını dəstəkləyir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest açıqlama verib. O bildirib ki, ABŞ sülhün qurulması istiqamətində Ukrayna prezidenti Pyotr Poroşenkonun səylərini dəstəkləyir.
“Poroşenko böhranın sülh yolu ilə həllinin tərəfdarıdır və biz də onu dəstəkləyirik”,-deyə Ağ Ev rəsmisi qeyd edib.Qeyd edək ki, Ukrayna prezidenti P. Poroşenko Ukraynanın cənub-şərq regionlarında rusmeylli qüvvələrə qarşı əməliyyatı dayandıracaqlarını bəyan edib.
Modern.az