Modern.az

Jurnalisti maşınında partlatdılar

Jurnalisti maşınında partlatdılar

Təhsil

21 İyun 2014, 14:33

Moqadişoda somalili jurnalist Yusuf Keynanı maşınında partladıblar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı maddə sürücü oturacağının altına yerləşdirilib. Şahidlərin sözlərinə görə, partlayış nəticəsində jurnalistin bədəni tanınmaz dərəcədə yanıb. Jurnalistin öldürülməsinə görə məsuliyyəti hələ ki heç kim üzərinə götürməyib. “France-Press” agentliyinin ehtimalına görə bu qəsdin arxasında Somali hakimiyyəti ilə mübarizə aparan “Əş-Şabab” qruplaşması dayana bilər. Keynan Moqadişoda özəl radio stansiyada işləyirdi, o həm də Keniya KİV-i ilə əməkdaşlıq edib.

  Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu