Modern.az

İlham Əliyev Lüksemburq hersoqunu təbrik edib

İlham Əliyev Lüksemburq hersoqunu təbrik edib

Təhsil

21 İyun 2014, 20:51


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

"Əlahəzrət,
Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu