Braziliyada Dünya Çempionatının qrup mərhələsində oyunlar davam edir. Modern.az saytı xəbər verir ki, F qrupunda Argentina və İran milliləri üz-üzə gəlib. Qarşılaşma Argentinann minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. 90+1 dəqiqədə Messi qələbə qolunun vuraraq komandasının 1/8 finala çıxarıb.
Bu qol İran komadasını və azarkeşlərini şoka salıb desək, yanılmarıq. Çünki 90-cı dəqiqədən sonra onlar oyunun heç-heça başa çatacağını gözləyirdilər.
Qrupun digər oyununda isə Nigeriya mundialın yeganə debütandı Bosniya və Hersoqovina ilə qüvvəsini sınayacaq. Bu qarşılaşmanı start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.