“Dövlətlər içində dövlət qurmaq istəyənin qarşısına mən çıxacam". Modern.az xəbər verir ki, bunu Türkiyə baş baziri Rəcəb Tayyib Ərdoğan Fransada çıxışı zamanı deyib.
Baş nazir birbaşa ABŞ-ın Pensilvaniya ştatına, orda yaşayan Hizmət hərəkatının lideri Fətullah Gülənə səslənib:"Pensilvaniyada oturub dövlətlər içində dövlət qurmaq istəyənin qarşısına mən çıxacam. Hətta Türkiyədə həyata keçirilmək istəyən bəzi terror aktlarının arxasında da məhz Fətullah Gülənin dayandığına əminəm” deyə Ərdoğan vurğulayıb.
Modern.az