Modern.az

Merkel Poroşenkonun Rusiya xeyrinə olan addımını DƏSTƏKLƏDİ

Merkel Poroşenkonun Rusiya xeyrinə olan addımını DƏSTƏKLƏDİ

Təhsil

23 İyun 2014, 09:54


Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkellə telefonla danışıb. Modern.az xəbər verir ki, bu haqda Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə hər iki dövlət lideri Ukraynanın cənub-şərq vilayətlərində separatçıların atəşkəs rejimini pozması məsələləri müzakirə edilib. P. Poroşenko bildirib ki, ötən gün ərzində Donetsk və Luqansk bölgələrində separatçılar atəşkəsi 20 dəfə pozublar.

Ukrayna rəhbəri  onu da əlavə edib ki, ölkəsində yaranmış böhranın həllində Merkel başda olmaqla digər dünya dövlətləri liderlərinin iştirakı mühüm rol oynayır.   A. Merkel isə bildirib ki, Almaniya P. Poroşenko hakimiyyətinin sülh planına dəstək verir. 

Qeyd edək ki, P. Poroşenko Kiyev hakimiyyətinin  iyun ayının 27-nə qədər Ukraynanın cənub-şərq bölgələrində əməliyyatları dayandıracağını bəyan edib.  

Aqşin Kərimov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu