Modern.az

Xamneyidən Obamaya sərt MESAJ:“Amerika İraqda öz əl kuklasını hakimiyyətə gətirmək istəyir”

Xamneyidən Obamaya sərt MESAJ:“Amerika İraqda öz  əl kuklasını hakimiyyətə gətirmək istəyir”

Təhsil

23 İyun 2014, 11:54


“ABŞ İraqdakı münaqişəyə qarışmamalıdır. Amerika dövləti İraqda öz şəxsi marionetkalarının hakimiyyətə gəlməsini istəyir”. Modern.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətulla Xamneyi deyib. O, İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın İraqda gərginlik yaratmasına münasibət bildirərkən qeyd edib ki, ABŞ məsələlərə müdaxilə etməməlidir. O, İraq hakimiyyətinin ölkədə tüğyan edən silahlı qiyama son qoyacağını ümid edib. İran ali dini lideri onu da bildirib ki, ABŞ İraqdakı hadisələri məzhəb qarşıdurması kimi qələmə verməyə çalışsa da, əslində bu belə deyil. “Bu gün İraqda baş verənlər sünni-şiə müharibəsi deyil”,-deyə Xamneyi qeyd edib.

Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu