İyunun 21-də Ucar rayonu Bərguşad kənd sakini, azyaşlı Əşrəf Abdullayev evində qidadan zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən uşaq orada dünyasını dəyişib. Digər məlumata görə, iyunun 21-də Bakı şəhər sakini Fərid Axundov psixotrop maddədən, Mingəçevir şəhəri Yeni Həyat qəsəbə sakini Ramilə Salahova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Modern.az