Modern.az

Moskvada azərbaycanlını vəhşicəsinə döyüb öldürənlər tutuldular

 Moskvada azərbaycanlını vəhşicəsinə döyüb öldürənlər tutuldular

Təhsil

23 İyun 2014, 13:01


Rusiya paytaxtında 37 yaşlı Azərbaycan vətəndaşı Zaur Alışovu döyüb ölümcül vəziyyətə salan dəstə ifşa olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tesak ləqəbi ilə tanınan Maksim Martsinkeviçin silahdaşları olan Kiril Filatov və Andrey Makarov azərbaycanlını narkotik alveri ilə məşğul olmaqda şübhəli bilərək saxlayıblar. “Restrukt” hərəkatının üzvləri olan cütlük Zaur Alışovu Moskvanın şimal-şərqində narkotik alveri etməkdə günahlandırıblar.

İyunun 2-də müşahidə kameralarında əks olunan eksklüziv kadrlardan görünür ki, onlarla gənc təpik və yumruqla yerdə yatan kişini vurur. Kütlə dağılaşandan sonra hərəkat üzvlərindən biri isə Alışovun çantasını götürərək hadisə yerindən uzaqlaşıb. Zaur Alışov 20 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ancaq üstündən bir həftə keçəndən sonra ölüb. Fakt üzrəö cinayət işi qaldırılıb. İki həftə boyu əməliyyatçılar qətlin icraçılarını axtarıblar. Nəhayət, “Restrukt”un liderləri Kiril Filatov və Andrey Makaraov saxlanılıblar. 

Qeyd edək ki, Zaur Alışovun narkotik alveri etməsi faktı təsdiqlənməyib. Onun həyat yoldaşı və iki övladı var. 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu