Modern.az

“Ləzgi məscidi”ndə “İŞİD ovu” ilə bağlı QMİ-dən AÇIQLAMA gəldi

“Ləzgi məscidi”ndə “İŞİD ovu” ilə bağlı QMİ-dən AÇIQLAMA gəldi

Təhsil

23 İyun 2014, 13:54

“Bütövlükdə məscidin “Ləzgi məscidi” adlandırılması düzgün deyil, ora Aşurbəy məscididir. Bildiyim qədəri ilə məscid fəaliyyət göstərir, insanlar da orada namaz qılır”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. “Müvafiq qurumlar bununla bağlı açıqlama verib, MTN-nin ibadətgahda heç bir əməliyyat keçirilmədiyini bildiriblər. Sadəcə olaraq həmin vaxt hüquq-mühafizə orqanları əməkdaşları küçədə namaz qılınmasına icazə verməyiblər. Bütün “qalmaqal” da bundan ibarətdir. Yəni yayılan informasiyalar həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, ötən həftə mətbuatda sözügedən məsciddə MTN və DİN əməkdaşlarının əməliyyat keçirdiyi, məscidin fəaliyyətinin dayandırıldığı haqda informasiyalar yer alıb.

 

Gülşən RAUFQIZI


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu