Modern.az

Akademiyada seçkilərin vaxtı dəyişdirildi

Akademiyada seçkilərin vaxtı dəyişdirildi

Təhsil

23 İyun 2014, 14:16

Azərbaycan Milli Elmlər Akademiyasının  həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərin vaxtı dəyişdirilib. Belə ki, akademiyanın rəyasət heyətinin may ayında keçirdiyi iclasında seçkilər  iyunun 27-ə planlaşdırılmışdı. Rəyasət heyətindən Modern.az-a verilən məlumata görə seçkilər iyunun 27-dən   30-na salınıb.

Qeyd edək ki, seçkilərdə 50-dən artıq yeni üzvün seçilməsi nəzərdə tutulur. Həmin yerlər üçün isə 160 namizəd müəyyənləşdirilib. Elmi qurumda bu təyinatlı sonuncu seçki 7 il bundan əvvəl keçirilib.

Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu