Modern.az

“Rauf Mirqədirov ailəsi ilə bağlı danışmaq istəmir” – Jurnalistin vəkili

“Rauf Mirqədirov ailəsi ilə bağlı danışmaq istəmir” – Jurnalistin vəkili

Təhsil

23 İyun 2014, 14:35


“Rauf Mirqədirovla bu gün görüşdük və bir sıra müdafiə məsələlərini müzakirə etdik”. Bunu Moden.az-a açıqlamasında həbsdə olan Rauf Mirqədirovun vəkili Fuad Ağayev bildirib. “Amma səhhəti və ailəsinin Avropa ölkələrindən birindən sığınacaq alması məsələsi ilə bağlı danışmaq istəmədi”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. Onun həbsindən sonra çətinliklərlə üzləşən ailə üzvlərinin Avropa ölkələrinin birindən siyasi sığınacaq aldığı iddia edilir.

 
Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu