Modern.az

Milli Məclisdə “gizlədilən” qanun: ekspertlər onu üzə çıxarmamağı tövsiyə edir

Milli Məclisdə “gizlədilən” qanun: ekspertlər onu üzə çıxarmamağı tövsiyə edir

23 İyun 2014, 14:51

““Xeyriyyəçilik haqqında” Qanun layihəsi qəbul olunarsa sui-istifadə hallarının sayı artacaq”. Bu barədə Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Onun sözlərinə görə ə, qanunda vergi güzəştləri mexanizmi dəqiqləşmədiyindən qanun layihəsinin müzakirəyə çıxarılması hələlik aktual deyil”.

“Layihədə sahibkarlarla vergi müəssisələri arasındakı münasibəti hər hansı şəkildə tənzimləyən müddəalar olmalı idi. Amma bu mexanizmlərin hansı formada olması dəqiqləşməyib”, – deyən M. Quliyev qeyd edib ki, vergi güzəştlərinin veriləcəyi halda sui-istifadə hallarının da artacağı ehtimalı var. “Analoji hadisə 90-cı illərdə də yaşanmışdı. Qarabağ əlilləri ilə bağlı vergi güzəştləri oldu. Lakin sonralar müəyyən işbazlar Qarabağ əlillərinin adından sui-istifadə edərək həm gömrükdən, həm vergidən yayındılar. Ekspertlər hələlik bu qanunun “torbada” saxlamağı tövsiyə edirlər. Bir sözlə, qanun Milli Məclisin payız sessiyasının gündəliyində də olmayacaq”.

 

Gültəkin ƏLƏSGƏR    


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama