Modern.az

Elçin Şıxlı: “Qəzetin nəşrinin bərpası ilə bağlı danışıqlar gedir”

Elçin Şıxlı: “Qəzetin nəşrinin bərpası ilə bağlı danışıqlar gedir”

Təhsil

23 İyun 2014, 15:23


“Qəzetin nəşrinin bərpası ilə bağlı bir yenilik yoxdur. Köhnə mərhələdədir, danışıqlar gedir. Görək, bu günlərdə bir xəbər olsa, eşidəcəksiniz. Əflatun Amaşovla sonuncu görüşümüzdə həmin istiqamətdə söhbətlər olub, məsləhətləşmələr gedir. İncəliklərinə varmaq istəmirəm, görək nə olur. Kompüterimin prosessoru hələ qaytarılmayıb, o haqda heç bir məlumat verilməyib”. Bunu Modern.az-a açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.

Qeyd edək ki, “Ayna” və “Zerkalo” qəzetləri maddi problemlərin olması səbəbindən çapını müvəqqəti dayandırmışdı. Qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı redaksiyada axtarış aparılmış, baş redaktorun kompüterinin prosessoru müsadirə olunmuşdu.

 

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu