Modern.az

Hadi Rəcəbli Şəhid ailələri, Qarabağ əlilləri ilə görüşüb

Hadi Rəcəbli Şəhid ailələri, Qarabağ əlilləri ilə görüşüb

Təhsil

23 İyun 2014, 15:52


Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri millət vəkili Hadi Rəcəbli Lənkəranda  sosial durumu çətin olan əlil insanlar, şəhid ailələri və Qarabağ əlilləri ilə görüş keçirib. Modern.az xəbər verir ki, millət vəkili görüşdə dövlət tərəfindən sosial-siyasət sahəsində aparılan işlərdən ətraflı danışıb, iştirakçıların istəklərini dinləyib, ƏƏSMN-nin həyata keçirdiyi belə ardıcıl və əhəmiyyətli istirahət sisteminin önəmini vurğulayıb.

Əlillərin reabiliatasiyası sahəsində aparılan müasir texnalogiyalardan danışan millət vəkili qeyd edib ki, bu sahədə mövcud olan qanunvericilik aktları, derektiv sənədlər, əmr və sərəncamlar müvəffəqiyyətlə həyata keçirilir. “Dövlət tərəfindən Qarabağ əlilləri və şəhid ailələrinin sosial durumunun yaxşılaşması, sağalması və cəmiyyətə inteqrasiya olunması üçün lazım olan bütün tədbirlər görülür”.

Hadi Rəcəbli ölkə prezidentinin şəhid ailələri, Qarabağ əlilləri ilə bağlı imzaladığı son sərəncamından söz açıb və bunu dövlətimizin Vətən uğrunda fədəkarlıq gösrətən insanlara diqqətin yüksək pilləsi kimi qiymətləndirib.

Millət vəkili Qarabağ əlilləri və şəhid ailələri tərəfindən qaldırılan bir sıra məsələləri yerindəcə həll edib.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gösərişi ilə 70-ə yaxın fiziki imkanı məhdud olan insan, Qarabağ əlilləri və şəhid ailələri Lənkəranın “Palıdlı-Sahil” istirahət mərkəzində dincəlir. Həmin insanlardan görüşdə iştirak edən Gündüz Mustafayev, Müqabil Novruzov, Sevinc Əsədova, Nurxanım İsmixanova, Amaliya Məmmədova və başqaları dövlətin onlara göstərdiyi qayğı və diqqətə görə ƏƏSMN-nin rəhbərliyinə, onlar üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirərək, istirahət mərkəzində onlara göstərilən xidmətlərdən razılıqlarını qeyd etdib, gələcəkdə də burada dincəlmək arzusunda olduğlarını dilə gətiriblər.


  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu