Modern.az

“MediaMən” layihəsinin praktiki təlimləri davam edir - FOTO

“MediaMən” layihəsinin praktiki təlimləri davam  edir - FOTO

Təhsil

23 İyun 2014, 17:18

“Mediamən”  Jurnalistika  Məktəbinin  tələbələrinin praktiki təlimləri davam  edir. Modern.az xəbər verir ki, iki ay davam edəcək layihə boyunca  iştirakçılar  6-7 ci həftələrdə  öz praktiki  bacarıqlarının  artırılması  və televiziya  və radio  sahəsində yeni biliklər əldə etmək üçün  Xəzər tv  və Araz FM də praktiki məşğələlərdə iştirak ediblər.  Layihədə əsasən gənclər   çəkiliş meydançasında olaraq bir neçə verilişin hazırlanması prosesini əyani olaraq müşahidə ediblər. “MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaq.  

Qeyd edək ki, bu layihə  Gənclər üçün Təhsil Mərkəzi İB (GTM) , Azərbaycan Jurnalistlər Şəbəkəsi İB (AJN)  və Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirlir. “MediaMən” layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədir.  

 Layihənin informasiya dəstəkçiləri Trend İnformasiya AgentliyiKaspi qəzeti, Modern.az  saytı və Azərfoto İnformasiya Agentliyidir.


Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu