Cənubi Koreyada hərbçi 5 əsgər yoldaşını öldürüb, 7-ni yaralayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, insident Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikasını ayıran demarkasiya xəttində, sərhəd zonasındakı hərbi hissədə baş verib. Piyada diviziyasının Lim soyadlı 22 yaşlı serjantı hələ ki müəyyən olunmamış səbəbdən Daewoo-2 tüfəngi ilə hərbçi yoldaşlarına atəş açaraq hadisə yerindən qaçıb.
Modern.az