Modern.az

Hollandiya Çiliyə, İspaniya Avstraliyaya qalib gəldi

Hollandiya Çiliyə, İspaniya Avstraliyaya qalib gəldi

Təhsil

23 İyun 2014, 23:00

 

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçiriləcək.

B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi.
Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qrupun digər görüşündə isə  Hollandiya Çili yığmasını sınağa çəkib. Komandalar  1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcəkdi.  Bu matçda isə Hollandiya 2:0 hesabı ilə qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk edib.

A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq. 

Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu