Modern.az

Obama ilə Putin İŞİD-i müzakirə ediblər

Obama ilə Putin İŞİD-i müzakirə ediblər

Təhsil

23 İyun 2014, 23:44


Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Barak Obama arasında telefon danışığı olub. Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, telefonla hər iki dövlət lideri Ukraynadakı böhranın nizama salınmasının müxtəlif aspektlərini müzakirə ediblər. Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planından da söz açılıb.

V. Putin bildirib ki, Ukraynanın cənub-şərq regionlarında gərginliyin normallaşması üçün Kiyev hakimiyyətinin əməliyyatları dayandırması danışıqlara başlanğıc ola bilər.  

Kreml rəhbəri və Ağ Ev lideri İraq Şam İslam Dövlətinin (İŞİD) İraqda törətdiyi terror aktlarını da müzakirə edib. Rusiya dövlət başçısı qeyd edib ki, rəsmi Moskva İraq hakimiyyətinin təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərini dəstəkləyir. Bununla yanaşı, Suriya böhranı barədə də söz açılıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu