Modern.az

“Elmlər Akademiyası” stansiyasında təşviş – Hadisə

“Elmlər Akademiyası” stansiyasında təşviş – Hadisə

Təhsil

24 İyun 2014, 11:01


Bu gün “Elmlər Akademiyası” stansiyasının eskalatoru birdən birə işləməyib. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq, 1 saata yaxın müddətdə davam edib.

Nəticədə 100-lərlə sərnişin stansıyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub.

Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və bizdə bu problemin bacardığımız qədər həll etməyə çalışırıq”.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlama verib. “Hazırda Elmlər Akademiyası stansiyasında bir eskalator cari təmirə dayanıb. Hər hansısa təşvişə düçəcək bir hadisə baş verməyib. Ümumiyyətlə bütün eskalatorlar, vaxtaşırı təmir olunur. Eynilə Elmlər Akademiyası stansiyasında da üç eskalatordan biri hal hazırda əsaslı təmirə dayanıb. Belə ki, orada planlaşdırılmamış  hər hansısa gecikmə baş verməyib”.

 

Ayşən Mönsümlü

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu