Bakıda bir neçə gündür əsən güclü küləyin qırdığı ağaclar vətəndaşlara müxtəlif ziyanlar vurub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 23-də Nərimanov rayonu Ə.Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. Həmin gün Nərimanov rayonu M.Məmmədzadə küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmasa da, avtomobillərə qismən ziyan dəyib.
Səbail rayonu A.Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Yenə həmin gün küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Xəsarət alan olmasa da, evin dam örtüyü yararsız hala düşüb.Modern.az