Modern.az

Milli Məclisin növbədənkənar iclasının gündəliyi təsdiq olunub

Milli Məclisin növbədənkənar iclasının gündəliyi təsdiq olunub

Təhsil

24 İyun 2014, 13:55


Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi təsdiq olunub. Parlamentin mətbuat katibi Akif Təvəkklüoğlunun Modern.az-a verdiyi məlumata görə, növbəti iclası iyun ayının 27-də keçiriləcək.

İclasın gündəliyinə 6 məsələ daxil edilib“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında Əlcəzair şəhərində səfirliyinin təyin olunması haqqında qanun layihəsi, Azərbaycan Respublikası hökuməti və Fransa hökuməti arasında Bakı-Fransız liseyinin təsis edilməsi ilə bağlı sənəd, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər, Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılmaı ilə bağlı qanun layihəsi və  “Balıqçılıq haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihələridir. 

Milli Məclisin xüsusi iclasından sonra parlament istirahətə gedəcək.  

Gültəkin ƏLƏSGƏR 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu