“Eks-prezident mərhum Əbülfəz Elçibəyin anım gününü onun məzarı başında qeyd etdik”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.
O bildirib ki, anım mərasimində Milli Şura, onun daxilindəki qruplar, ayrı ayrı ziyalılar iştirak edib. Ümumilikdə isə, eks-prezident Elçibəyin məzarını 300 nəfərdən artıq insan ziyarət edib. “İnsanların ziyarətində sonra mərhumun məzarı başında çıxışlar və dəyərləndirmələr oldu”.
Qeyd edək ki, bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 76-cı il dönümüdür.
Rafiq Qənbərov