Cənubi Qafqaz regionunda Dağlıq Qarabağla yanaşı Abxaziya və Cənubi Osetiya münaqişələri də mövcuddur.
“Dondurulmuş” sayılan bu münaqişələrin yenidən alovlanmaması və sülh şəraitində həllə çatması üçün beynəlxalq birliklər tərəfindən uzun illərdir ki, vasitəçi qurumlar yaradılıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağllı məsələlərdə ATƏT-in Minsk qrupu daha aktivdir. Abxaziya və Cənubi Osetiya məsələlərində isə digər aidiyyatı quruumlar öz diplomatik səylərini göstərirlər.
Gürcüstan-Abxaziya müharibəsi 1992-ci ilin avqustunda gürcü tanklarının abxaz separatçılarının mövqeyinə hücum etməsilə başlanıb və 1993-cü il sentyabrın 30-da imzalanan atəşkəs müqaviləsi ilə başa çatıb.
Minlərlə insanın ölümü, 300 min insanın məcburi köçkün durumuna düşdüyü 15 aylıq müharibə hələ də sülh sazişinin imzalanmasını gözləyir. Müstəqil olmaq istəyən abxazlar daim Gürcüstanın federativ respublika tərkibində bir yaşamaq çağırış ilə ziddiyət təşkil edir.
Münaqişə atəşkəslə bitdikdən sonra müxtəlif formatlarda tərəflər arasında danışıqlar aparılır. BMT Təhlükəsizlik Şurası bir neçə dəfə məsələni müzakirə edib və sonda BMT nəznində Müşahidə Missiyasının təsis olunması barədə qərar verib.
Müşahidə Missiyası tərəflər arasında inam atmosferi yaratmalı və dialoq vasitəsilə tərəflərin sülh sazişi imzalamasına şərait yaratmalı idi.
1993-cü ilin noyabrında atəşkəs müqaviləsinini imzalanmasından 2 ay sonra Rusiya, BMT və ATƏT vasitəçilyi ilə Gürcüstan-Abxaziya danışıqlarının ilk raundu başlanır.1994-cü il mayın 14-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlara son qoyan “Bişkek Protokolu”nun imzalanmasından 2 gün sonra Moskvada Abxaziya və Gürcüstan arasında “atəşin dayandırılması və qüvvələrin bölünməsi” barədə müqavilə imzalanır.
Həmin ilin iyulunda BMT Müşahidə Missiyasının danışıqlarda əsas müşahidəçi kimi geniş səlahiyyətlər verilir. Regiona 136 hərbi müşahidəçi ezam olunur.
BMT Müşahidə Missiyasının əsas vəzifəsi atəşkəs rejiminin müntəzəm monitorinqi, cəbhə xəttinə yaxın ərzilərdə ağır texnikanın yerləşdirilməməsinə nəzarət etmək və 1994-cü ilin 14 may müqaviləsinə əsasən gürcü-abxaz təmas xəttində yerləşdirilmiş MDB Sülhməramlı Qüvvələrinin fəaliyyətini müşahidə etməkdən ibarət idi.
1996-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurasının qərarı ilə Müşahidə Missiyasının tərkibində İnsan Hüquqları üzrə şöbə yaradılır. Bu şöbə Abxaziyaya, xüsusən Qalsk rayonuna geri dönən 50 minlik gürcü sakinlərinin hüquqlarını müdafiə etməli idi. Qərara əsasən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı şöbənin fəaliyyətinə nəzarət edirdi.
Burada haşiyə çıxaraq onu vurğulamaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq Abxaziya münaqişəsi zamanı iki tərəfin təmas xəttinə nəzarəti beynəlxalq qüvvələr həyata keçirirdi. Əgər Qarabağda qoşunlar arasında heç bir 3-cü tərəf yox idisə, Abxaziyada həm MDB Sülhməramlı Qüvvələri, həm də BMT Müşahidə Missiyasının 136 hərbi müşahidəçisi qoşunların atəşkəs rejiminə riayət etməsinə nəzarət edirdi.
BMT Baş Katibinin xüsusi nümayəndəsi, ATƏT və Rusiya, Almaniya, Böyük Britaniya, ABŞ, Fransadan ibarət beynəlxalq qrup uzun illər Abxaziya və Gürcüstan arasındakı sülh danışıqlarında əsas vasitəçi olublar. İlk növbədə qaçqınların doğma torpaqlarına geri dönməsi və Abxaziyanın Gürcüstanın tərkibindəki siyasi statusunun müəyyən olunması əsas müzakirə obyekti idi.
Qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində əsas vasitəçi olan ATƏT-in Minsk Qrupundan fərqli olaraq Abxaziya münaqişəsində BMT-nin xüsusi nümayəndəsinin olması onu daha nüfuzlu vasitəçi qrup edirdi.
1994-1997-ci illər arasında Gürcüstan-Abxaziya münaqişəsində danışıqlar faktiki olaraq aparılmır. Lakin 1997-ci ilin iyununda BMT Baş Katibinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə Cenevrədə danışıqların yeni raundu keçirilir. Bu danışıqlar əsasında 1997-ci ilin avqustunda Abxaziya separatçılarının lideri Vladislav Ardzinba Tbilisiyə səfər edir və prezident Eduard Şevardnadze ilə təkbətək görüş keçirir.
Lakin hiss olunan mülayimləşmə tez bir zamanda yenə tərəflərin biri-birinə qarşı inamsızlığı ilə əvəzlənir.
Münaqişə bölgəsində qanunsuz silahlı birləşmələrin olması, həm abxaz, həm də gürcü hüquq-mühafizə orqanlarının bölgədə azlıq təşkil etmələri beynəlxaql müaşhidəçilər üçün də çətinliklər yarasdırdı.
Bu mənada 20 ildən çoxdur ki, davam edən Gürcüstan-Abxaziya münaqişəsində ən böyük insident 2001-ci il oktyabrın 8-də BMT Müşahidəçi Missiyasını daşıyan vertalyotun vurulması oldu.
Həlak olan 9 nəfərdən 4-ü BMT Missiyasının hərbi müşahidəçiləri, 2-si yerli BMT əməkdaşı və 3 nəfəri isə heyət üzvü olur.
Regionda beynəlxalq müşahidəçilərin öldürlüməsi, girov götürülməsi halları geniş yayıldığına görə BMT Təhlükəsizlik Şurasının qərarı ilə Abxaziyanın Gürcüstanın nəzarətində qalan yeganə ərazisi olan Kodor dərəsi monitorinq üçün qapalı elan edilir. 2002-ci ildə BMT Baş Katibinin xüsusi nümayəndəsi, ATƏT və Fransa, Böyük Britaniya, ABŞ, Almaniya və Rusiyanın vasitəçiliyi ilə “Tiflis və Suxumi arasında səalhiyyətlərin yekun bölüşdürülməsi” adlı sənəd işlənib hazırlanır.
Münaqişə tərəflərinin maksimum nəzərə aldındığı sənəd həm Abxaziya, həm də Gürcüstan rəhbərliyi razı salmalı idi. Lakin Abxaziya tərəfi sənədi müzakirə etməkdən imtina edir.
2008-ci il avqustun 8-də başlayan Gürcüstan-Abxaziya müharibəsindən isitifadə edən Abxaziya rəhbərliyi hücuma keçərək rəsmi Tbilisinin nəzarətində olan yeganə abxaz ərazisnini- Kodor dərəsini gürcü qoşunlarından təmizləyir.
Münaqişə nəticəsində daha da radikallaşan Abxaziya rəhbərliyi Tbilisi ilə birbaşa danışıqları kəsir. Tərəflər arasında vətəndaş cəmiyyətləri səviyyəsində bərpa olunan danışıqlar isə mövqelərdə yaranmış uçurumu aradan qaldırmaq imkanında deyil. Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupu effektiv olmadığı kimi Gürcüstan-Abxaziya münaqişəsində də BMT heç bir effektiv irəliləyişə nail ola bilməyib.
Vüqar İsmayılov