Uzun müddətdir ki, mərhum dövlət başçısı Əbülfəz Elçibəy ailəsinin mənzilində saxlanılan arxiv sənədlər və əlyazmaların məhv olma təhlükəsi ilə bağlı məlumatlar verilir. Hətta müəyyən bir zaman kəsiyində bütün media səfərbər olaraq bununla bağlı dayanmadan məlumatlar ötürdü. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də eks-prezidentin arxivi cəm halına gətirilməyib.
Eks-prezidentin anadan olmasının 76-cı il dönümü günü oğlu Ərturqut Əliyev Modernaz-a uzun müddətdir ki, həllini tapmayan arxivi barəsində danışıb. O bildirib ki, hazırda Elçibəyin arxivinin toplanması davam edir. “Hələ atamın əşyalarını bir yerə toplaya bilməmişik. Kasetləri, şəkilləri var. Kimdən soruşuruq deyirlər bizdə yoxdur. Bizdə qalmışıq belə. Axtarırıq. Yəqin ki, sənədlər toplu halına salınandan sonra arxivə veriləcək”. Gültəkin ƏLƏSGƏR