Modern.az

Azərbaycanlı futbolçu Kiyevdə qalmaqal yaratdı

Azərbaycanlı futbolçu Kiyevdə qalmaqal yaratdı

Təhsil

24 İyun 2014, 16:09

Ukrayna yığma komandasının keçmiş futbolçusu, Moskvanın “Spartak” və Kiyevin “Dinamo” klublarında çıxış edən, hazırda Mahaçqalanın “Anji” klubunda oynayan Aleksandr Əliyev Kiyevdəki gecə klublarından birində orada əylənənləri silahla hədələyərək içkili vəziyyətdə qalmaqal yaradıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Ukrayna paytaxtına Azərbaycandan bir neçə gün əvvəl gəlib və buradakı klublardan birinə işə düzəlmək istəyib. Əliyevin baxışdan keçdiyi, lakin onunla müqavilə bağlanmadığı bildirilir. Məlumatda qeyd edilir ki, buna görə məyus olan futbolçu içkili vəziyyətdə paytaxtın gecə klublarından birinə gələrək qalmaqala səbəb olub. Klubda istirahət edənləri silahla hədə-qorxu gələn azərbaycanlı futbolçunu mühafizəçilərin oradan kənarlaşdırdığı qeyd edilir.

Aleksandr Əliyev ötən mövsüm “Anji”nin heyətində 11 oyunda meydana çıxaraq cəmisi bir qol vurub. Dağıstan klubu Rusiya premyer-liqasını tərk etdiyindən futboşçu müqaviləsini pozub.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu