Azərbaycan Yazıçılar Birliyində qurultaydan sonra ilk dəyişikliklər olub. Modern.az xəbər verir ki, şair Səlim Babullaoğlu AYB Tərcümə Mərkəzinə yeni rəhbər təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılması haqda sərəncam hazırlanıb. AYB-nin eyni qurumuna rəhbərlik etmiş Afaq Məsud Nazirlər Kabineti yanında yaradılan struktura başçılıq etməyə başlayıb. S. Babulloğlu isə bundan əvvəl AYB-nin “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru idi. Tərcümə Mərkəzinə direktor təyin edildiyi üçün onu jurnalın baş redaktoru vəzifəsində ədəbi tənqidçi və tərcüməçi Seyfəddin Hüşeynli əvəzləyib.
Elmin Nuri