Bu gün Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin iclasın keçirilib. Modern.az-ın məlumatına görə, iclasda səsvermə yolu ilə bir sıra bölmələrə sədrlər seçilib. Siyahını sizə təqdim edirik.
Ağsaqqallar şurasının sədri – Vaqif Səmədoğlu, müavini İsa Həbibəyli
Təftiş Komissiyasının sədri – Qəzənfər Paşayev, müavini Əkbər Qoşalı
“Cənubi Azərbaycan” komissiyanın sədri – Sayman Aruz
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru – Seyfəddin Hüseynli
“Bədii Tərcümə və Ədəbi Əlaqələr Şöbəsinin rəhbəri – Səlim Babullaoğlu
Mükafatlar üzrə komissiyanın sədri – Mövlud Süleymanlı
“Sabir” Poeziya günlərinin sədri – Əjdər Ol
Hərbi vətənpərvərlik şöbəsinin sədri – Zəlimxan Yaqub
“Ulduz”, “Qobustan”, “Ulu çinar” “Azərbaycan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin rəhəbərliyi olduğu kimi saxlanılıb.(1937.az)