Modern.az

20 saylı orta məktəb SÖKÜLMƏSİ barədə xəbərlərə rəsmi REAKSİYA

20 saylı orta məktəb SÖKÜLMƏSİ barədə xəbərlərə rəsmi REAKSİYA

Təhsil

24 İyun 2014, 18:38

20 saylı orta məktəbin söküləcəyi ilə bağlı yayılan məlumatlar təkzib olunub. Modern.az bildirir ki, müxtəlif şəxslər sosial şəbəkədə Parlament prospektində yerləşən orta məktəbin sökümə prosesinin başlanması barədə yazıblar. Bunu araşdırmaq üçün Modern.az müvafiq qurumlarla əlaqə saxlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva rəsmi açıqlamasında bildirib ki, 20 nömrəli məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması nəzərdə tutulur. 20 saylı litseyin direktoru isə bizə bildirib ki, söhbət məktəbin təmirindən gedə bilər. “Hər il məktəblər növbə ilə təmir edilir. Bizə də bildiriblər ki, məktəb təmir ediləcək”-deyə direktor bildirib. Direktor sözlərinə görə, başqa açıqlama verə bilməyəcək. “Çünki, bizə hər hansı rəsmi sənəd daxil olmayıb. Məktəb söküləcək, yoxsa təmir olunacaq, bunu Təhsil İdarəsinin açıqlamasından sonra biləcəyik”.

Gülşən RAUFQIZI  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu