Modern.az

Səlim Babullaoğlu yeni təyinatından danışdı

Səlim Babullaoğlu yeni təyinatından danışdı

Təhsil

24 İyun 2014, 18:41

Bu gün Yazıçılar Birliyinin İdarə heyətinin iclasından sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə direktor seçilən Səlim Babullaoğlu birliyin mətbuat xidmətinə görəcəyi işlərdən danışıb. Modern.az açıqlamanı sizlərə təqdim edir: 

“Ordan başlayım ki, mənim təyinatımdan başqa Seyfəddin Hüseynli “Dünya ədəbiyyatı” dərgisinə, Elxan Zal isə “Ulu Çinar” dərgisinə baş redaktor təyin edildi. Hər iki dərgi ildə iki dəfə nəşr olunmaqla Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin büdcəsindən maliyyələşəcək və Mərkəzin nəşri kimi fəaliyyət göstərəcəklər. Qaldı işimizi necə qurmaq məsələsinə, mən toplantıda çıxışımda dedim, təkrar edim ki, yaxın 5 il üçün aşağıdakı fəaliyyət prioritetləri müəyyənləşdirdik. Birincisi, türk xalqları ədəbiyyatlarını Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını türk xalqlarının dillərinə tərcümə edəcəyik. Türk xalqları ədəbiyyatlarının Azərbaycan dilinə tərcüməsi, nəşri və populyarlaşdırılması üçün hər sayı konkret bir türkdilli xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Ulu Çinar” dərgisi nəşr olunacaq. İkincisi isə, Azərbaycan ədəbiyyatının əsasən Avropa və yaxın xarici ölkə dillərinə, eləcə də dünya xalqları ədəbiyyatlarını Azərbaycan dilinə tərcüməsini və nəşrini gerçəkləşdirəcəyik ki, burda da hər sayı konkret bir xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Dünya ədəbiyyatı” toplusunu nəşr olunacaq.”

 

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu