Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Çənlibel kəndində kənd təsərrüfatı işləri ilə məşğul olan traktor tank əleyhinə minaya düşüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində traktorda olan 2 kənd sakini xəsarət alıb. Onlar Xocavənd xəstəxanasına yerləşdiriliblər. Ehtimal olunur ki, traktor 1994-cü ildə qanlı döyüşlərin getdiyi ərazidə müharibə dövründən qalan minaya düşüb.
Vüqar İsmayılov