Azərbaycan Yazıçılar Birliyində keçirilən iclasda daha bir təyinat baş tutub. Modern.az xəbər verir ki, yazıçı Elxan Zal Qaraxanlı AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin Ulu Çinar” dərgisinə baş redaktor təyin edilib. Bu haqda məlumatı Səlim Babullaoğlu bildirib:
Seyfəddin Hüseynli “Dünya ədəbiyyatı” dərgisinə, Elxan Zal isə “Ulu Çinar” dərgisinə baş redaktor təyin edildi. Hər iki dərgi ildə iki dəfə nəşr olunmaqla Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin büdcəsindən maliyyələşəcək və Mərkəzin nəşri kimi fəaliyyət göstərəcəklər.”
Elmin Nuri