Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışı böyük marağa səbəb olub. Ölkə başçısı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasını, Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükəyə atması ilə bağlı səsləndirdiyi fikirlər Assambleyada iştirak edən parlamentarilərin diqqətini çəkib.
İlham Əliyevin münaqişəyə “dondurulmuş” damğasının vurulmasını qəbul etməməsi və münaqişənin yalnız həll etməklə dondurmağın mümkünlüyünü vurğulaması daha çox nəzərə çarpıb.
Azərbaycanın Avrop Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Abbasov Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxışından danışarkən belə deyib. O, AŞPA-nın iclası sonrası Modern.az-a açıqlama verərək bildirib ki, İlham Əliyevin AŞPA-dakı çıxışı Azərbaycan mövqelərini bir daha da möhkəmləndirəcək.
Deputatın sözlərinə görə, prezident öz çıxışı ilə birmənalı olaraq Azərbaycan xalqının, dövlətinin iradəsini burada ifadə etdi.
“Bir daha sübuit etdi ki, Azərbaycan özünəməxsus demokratiya, inkişaf, siyasi stabillik, yaxın qonşularla, həm də uzaq qonşularla isti münasibətlərini möhkəmləndirmək yolunu tutub. O həm siyasi, həm iqtisadi baxımdan, eləcə də beynəlxalq institutlarla münasibətləri eyni qaydada ən yüksək səviyyədə inkişaf etdirir”.
Aydın Abbasov əlavə edərək bildirib ki, Azərbaycan prezidentinin çıxışı bu Assambleyada analoqu olmayan çıxış idi.
“Bu Assambleyada Azərbaycanı sevən dostlar, hətta Azərbaycana bəzi şəkildə müxtəlif qruplar tərəfindən fikirləri başqa yola yönəldən deputatlar da heyranlıq və həvəslə prezidentin çıxışına qulaq asdılar. Bütün Avropalılar bu Assambleyada Azərbaycan xalqı ilə prezidenti arasındakı vəhdəti gördülər”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də Strasburqda keçirilən yay sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
Gültəkin ƏLƏSGƏR