Modern.az

Əhmədlidə YARMARKA qalmaqalına rəsmi AÇIQLAMA: “Dağın döşünə köçürək?”

Əhmədlidə YARMARKA qalmaqalına rəsmi AÇIQLAMA: “Dağın döşünə köçürək?”

Təhsil

24 İyun 2014, 19:22

Bu gün Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsinin sakinləri mətbaut vasitəsilə prezidentə müraciət ünvanlayıblar. Müraciətdə həmin ərazidə təşkil edilən yarmarkanın onların gediş-gəlişinə mane olduğunu bildiriblər. Məsələyə Kənd Təsərrüfatı nazirliyinin mətbaut xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, yer məsələsini icra hakimiyyəti həll edir.

Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi isə Modern.az-a bildirdi ki, bu məsələ indinin deyil. “Camaat saytlara yazır, telekanlallarda çıxış edir. Bununla bağlı dəfələrlə açıqlamalar veilib”.

İcra rəsmisi əslində yarmarkanın insanların, rahatlığı üçün təşkil edildiyini vurğuladı. “ İnsanlar nədən narazıdır, anlamıram. M.Hadi küçəsində yarmarka şənbə və bazar günləri təşkil edilir. Onun başqa yerdə təşkil edilməsi isə mümkünsüzdür. Çünki, ora xərc çəkilib. Yarmarka üstüörtülüdür, orada quraşdırılan avadanlıqlar müasirdir, işıqlandırma sistemi var. Hər şey Kənd Təsərrüfatı nazirliyinin sifarişi əsasında quraşdırılıb. O avadanlıqlar standartdır, səhv etmirəmsə eni 22 metrdir. Həmin ərazidə isə o ölçüyə uyğun gələn başqa yer olmadığından yarmarkanın köçürülməsindən söhbət gedə bilməz”. “Nəqliyyatın gediş-gəlişi də nəzərə alınıb. Hətta orada alternativ yol da var. Sadəcə şənbə və bazar günləri təşkil edildiyini nəzərə alsaq narahatlığa əsas yoxdur. Yarmarkanı dağın döşündə təşkil edəsi deyilik ki?”-deyə icra nümayəndəsi bildirdi.

G ülşən RAUFQIZI  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu